Sığorta şirkətləri tərəfindən bu qədər haqq toplanıb - Hesabat

17:22 - 7.02.2020


7 fevral, Fineko/abc.az. 2019-cu ildə sığorta şirkətləri tərəfindən 681,1 milyon manat həcmində sığorta haqqı toplanıb, 301,5 milyon manat ödəniş həyata keçirilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,6 milyon manat, ödənişlər 220,9 milyon manat, şirkətlərin icbari sığorta yığımları 224,5 milyon manat, ödənişləri 80,6 milyon manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən ümumilikdə 43,4 milyon manat sığorta haqqı, 5,4 milyon manat isə ödəniş həyata keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 100,4 milyon manat, ödənişlər 67,2 milyon manat təşkil edib. Qeyri-həyat icbari sığorta növləri üzrə cəmi 176,4 milyon manat sığorta haqqı yığılıb, sığorta ödənişləri 77,5 milyon manata çatıb.

 

Bütün xəbərlər