330x110
 

"Standard İnsurance"-lə bağlı məhkəmə olacaq – Müflis elan edilməsi üçün

17.06.2020,10:52


17 iyun, Fineko/abc.az. İyunun 23-də "Standard İnsurance" sığorta şirkətinin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışı keçiriləcək.

ABC.AZ Şirkətin bildirişinə istinadən xəbər verir ki, baxış Bakı Kommersiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 19 May 2020-ci il tarixli qərarı ilə "Standard İnsurance"ın sığorta fəaliyyəti həyata keçirmək üçün aldığı lisenziya ləğv edilib.