Ən az sığorta ödənişi həyata keçirən şirkətlər - Siyahı

02.12.2021,10:29


2 dekabr, Fineko/abc.az. Ötən 10 ayda ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri məlum olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (85 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (322 min manat) və “Bakı Sığorta” (845 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,341 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 50,876 milyon manat (12,7%) təşkil edib.