“Meqa Sığorta”nın yığım və satışında azalma var - Hesabat

12:24 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında, o cümlədən satışlarında kəskin azalma olub.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankının cari ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatında öz əksini tapıb.

Şirkət bu ilin 10 ayı ərzində 22,321 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,182 mln. manat və ya 18,84% az olub.

Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.

 

Bütün xəbərlər