Son 6 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar nə qədər olub?

11:48 - 19.07.2022


19 iyul, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat təşkil edib.

ABC Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz və ya 385 milyon 800,6 min manat artıb. Daxilolmalar üzrə proqnoz 236 milyon 627 min manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artaraq 1 milyard 389 milyon 225,2 min manat təşkil edib, proqnoz 119,5 faiz icra olunub.

 

Bütün xəbərlər