Azərbaycanda avtomobillərin sığortası tam avtomatlaşdırılıb

10:43 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Azərbaycanda avtomobillər demək olar ki, 100 faiz sığortalanıb.

Bunu bu gün sığorta haqqında KİV üçün keçirilən tədbirdə İcbarı Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O qeyd edib ki, bu avtomobillərin sığortalanmasının elektronlaşdırılmasından sonra baş verib. İcraçı direktor bir avtomobilin əlavə olaraq da sığortalanmasına da münasibət bildirib: "Bir avtomobil yalnız 5 min manata qədər sığortalana bilər. Tutaq ki, avtomobilə qəza zamanı 7 min manata yaxın zərər dəyibsə, o zaman 2 min manatını sürücü öz cibindən ödəməli olacaq. Ona görə də əlavə sığorta məqsədəuyğundu. Yəni əlavə sığorta zamanı həmin 2 min manat da ödənilir".

 

Bütün xəbərlər