Bu sığorta növünün yığımlarında 15 faiz azalma olub – Hesabat

14:06 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Ümumi sığorta sektorunda artım dinamikası müşahidə olunsa da əlbəttə ki, pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib.

Belə ki, mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının yığımlarında olub.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sığorta bazarı ilə bağlı icmalında öz əksini tapıb.

İcmalda vurğulanıb ki, nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15% azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən illə müqayisədə 2.5 dəfə azalma müşahidə olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər