Könüllü sığorta haqqının toplanması artıb, icbari sığortanın ödənişləri azalıb

10:39 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 502 milyon 769 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2019-ci illə müqayisədə 10,1% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 0,6% artaraq 225 milyon 865 min manat olub. Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 378 milyon 741 min manat təşkil edib ki, bu da illik müqayisədə 71,45% çoxdur.

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,2% azalaraq 86 milyon 412 min manata düşüb.

Bütün xəbərlər