İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi bəzi sahələrdə gələn il qüvvəyə minəcək

16:00 - 4.05.2021


4 may, Fineko/abc.az. İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi bəzi sahələrdə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə edən və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət edən şəxslər 2022-ci ilin yanvarın 1-dən müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

 

Bütün xəbərlər