330x110
 

Yeddi ayda sığorta şirkətləri 500 milyon manatdan çox sığorta haqları hesablayıb

27.08.2021,14:18


27 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat sığorta haqları hesablanıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 533 min manat və ya 11,7% çoxdur.

2020-ci ilin 7 ayında sığorta şirkətləri tərəfindən 472 milyon 725 min manat sığorta haqları toplanmışdı.

Sığorta ödənişləri ötən ilin 7 ayı ərzində 227 milyon 129 min manat ikən, bu ilin 7 ayında 301 milyon 179 min manat təşkil edib (74 milyon 50 min manat vıə ya 32,6% artıb).