12:00 - 17.09.2021
17 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) 2020-ci ili 23,621 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2,177 milyon manat xalis mənfəətlə çıxmışdı.
ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, ötən il səhmdar cəmiyyətinin gəlirləri 9,735 milyon manat (əvvəlki ilə nisbətən 21% az), xərcləri 8,898 milyon manat (4,8% az), asılı və birgə müəssisələr hesabına zərəri 24,454 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 3 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azəryaşlandşaft”ın aktivləri 60,559 milyon manat olub ki, bu da illik müqayisədə 29,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri kəskin azalaraq 3 min manata, balans kapitalı isə 28,1% azalaraq 60,555 milyon manata düşüb.
Xatırladaq ki, “Azəryaşlandşaft” ölkə prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 4 milyon manatdır.
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
24 April 2024
25 April 2024
24 April 2024
24 April 2024