Azərbaycana ən çox bu ölkələrdən turistrlər gəlir - Siyahı

14:45 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyi mart ayında ölkəyə gələn əcnəbilərin sayını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, mart ayında Azərbaycana ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb. Türkiyədən 24 244, Rusiyadan 17 824, İrandan 15 638, Gürcüstandan 5483, Ukraynadan isə 5327 əcnəbi ölkəmizə daxil olub. Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-cu ilin üçüncü ayında 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.

Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin I rübündə 6437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla 7751 əcnəbi ölkəmizə gəlib.

 

Other news